Rusiya MN: “Qarabağda atəşkəs rejiminə riayət olunur”


QARABAĞ 28 may 2021, 19:20
Rusiya sülhməramlıları Qarabağda atəşkəsin pozulması və Rusiya hərbçilərinə qarşı hər hansı bir təxribat halını qeydə almayıblar.

TASS xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında bölgədəki sülhməramlı kontingentin nümayəndəsi polkovnik Dmitri Perepelkin bildirib.

O qeyd edib ki, rusiyalı minaaxtaran və mühəndis qrupları tərəfindən ərazinin minalardan təmizlənməsi işi davam etdirilir.

“Bugünədək 1844 bina, 657 km yol, 2121 hektar ərazi yoxlanıb. 25 613 partlayıcı maddə aşkar edilərək məhv olunub”, - deyə polkovnik əlavə edib./Oxu.az


DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top