Rusiyanın ən zəngin varisi azərbaycanlıdır

GÜNDƏM 28 may 2021, 11:19
"Lukoil" şirkətinin rəhbəri Vahid Ələkbərovun oğlu Yusif üst-üstə altıncı il "Forbes" jurnalına görə, Rusiyada ən varlı varis seçilib. 

Demokrat.az xəbər verir ki, azərbaycanlı milyarderin 24,9 milyard dollar sərvəti yeganə oğluna çatacaq.

Varislərin reytinqinin cəmi 6 ildir yayımlandığı diqqət çəkir. Beləliklə, Yusif heç vaxt birincilik çələngini əlindən verməyib.

Rusiyanın ən zəngin 3-cü şəxsi olan Ələkbərov özündən sonra bütün səhmlərinin oğluna çatacağını amma, "Lukoil" şirkətinin idarə edilməsi funksiyalarını itirəcəyini əlavə edib.

Reytinqin yaradıcıları milyarderin sərvətini götürüb bütün qanuni uşaqları arasında bölüşdürürlər. Ümumilikdə 20 ailə var. Varislərin ümumi sayı 50 nəfərdir. Onların hər birini ən azı 3,1 milyard dollar miras gözləyir.

Qeyd edək ki, 2018-ci ilin oktyabrında Yusif Ələkbərov "Lukoil"u tərk edərək şəxsi biznesinə başlayıb. O, alkoqolsuz içkilər istehsal edən "Plan B" şirkətinin sahibidir. Bundan başqa, atası ilə şərikli "Lukavto" ASC-yə, "EKTO" şirkətinin sahibi kimi həm də Sibirdə yerləşən neft kəmərinin 69% səhmlərini alıb. Yusif Ələkbərovun həyat yoldaşı Alisa isə daşınmaz əmlak biznesi ilə məşğul olan "Yusal" ASC-nin sahibidir.(qaynarinfo.az)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top