Avropa Birliyi Suriyadakı prezident seçkilərinin nəticələrini tanımır


DÜNYA 27 may 2021, 23:58
Avropa Birliyi Suriyada keçirilmiş prezident seçkilərini şəffaf və ədalətli hesab etmir. Bu səbəbdən də onların nəticələrini tanımır.

“RİA Novosti” xəbər verir ki, bunu Aİ-nin xarici siyasət üzrə nümayəndəsi Jozef Borrel Portuqaliyada keçirilən İttifaq ölkələri XİN başçılarının qeyri-formal görüşü zamanı bəyan edib.

“Bu seçkilər azad və ədalətli deyildi. O, münaqişənin həllinə, dünya ictimaiyyətinin Suriya rejimi ilə münasibətlərinin normallaşmasına yardım etməyəcək. Buna görə də, seçki prosesini tanıya bilmərik. Suriya rejimini həqiqi siyasi prosesi başlamağa çağırırıq. Hazırda bu baş vermir. Biz bu seçkiləri tanımırıq”, -deyə o, bildirib.


DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top