"Bu günlər ərzində ermənilər atəşkəsi istənilən vaxt və yerdə poza bilərlər"

SİYASƏT 27 may 2021, 19:50
Ermənistanda seçkilər yaxınlaşdıqsa siyasi-hərbi gərginlik daha da şiddətlənir. 

Azərbaycanda həbsdə saxlanılan erməni hərbçilərinin geri qaytarılması və sərhəd məsələsi hazırda bütün müzakirələrin gündəmini təşkil edir. Sanki, bütün siyasi və hərbi qüvvələr bundan danışmalı və mütlər təkliflər irəli sürməlidir. 

Təkliflər arasından ən sərsəmini Ermənistan Silahlı Qüvvələri Baş Qərargahının rəis müavini general-mayor Edvard Asryan irəli sürüb. O, təklif edib ki, "Azərbaycan hərbçilərini ələ keçirib əsir saxlamaq lazımdı. Qeyd edib ki, bunun  üçün hər zaman  fürsət var. Çünki, Ermənistanın sərhəd bölgələrində də çoxlu sayda Azərbaycan əsgəri var". Öz sərhədlərini qoruya bilməyib, onu da ruslara tapşıran məğlub ölkənin generalının səsləndirdiyi belə sərsəm ideyadan əsla təəccüblənmirəm. Bu yenidən müharibəyə çağırışdır, onu bu gün  seçkiqabağı müzakirələrdə rəqiblər bir-birinə qarşı  istifadə edir. İtkin düşən əsgərlərinin sorağı İrandan da gələn, hazırda çox hakimiyyətlilik hökm sürən Ermənistandan seçkiyə qədər çox şey eşidəcəyik.

Hələ qarşıda kritik 24 gün vardır. Bu günlər ərzində ermənilər atəşkəsi istənilən vaxt və istənilən yerdə poza bilərlər. Odur ki, bu arada hərbçilərimiz daha diqqətli olmalı və sərhədlərimizin göz bəbəyi kimi keşiyində durmalıdır.

Tanrı Azərbaycanı, Allah əsgərlərimizi qorusun!

Qubad İbadoğlu 
Azərbaycan Demokratiya və Rifah Hərəkatının sədri

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top