İşdən çıxarılan icra başçısının qardaşı vətəndaşlardan rüşvət almaqda ittiham olunur — Sakinlərdən ŞİKAYƏT


SOSİAL 26 may 2021, 13:50
Nizami Rayon İcra Hakimiyyətinin sabiq başçısı Arif Qasımovun qardaşı, Xətai rayon İcra və probasiya şöbəsinin rəisi Vüqar Qasımov ayrı-ayrı vətəndaşlardan rüşvət almaqda və qəbula gələn insanları süründürməçilikdə ittiham olunur. 

Bununla bağlı Xətai rayonundan olan bir qrup sakin Demokrat.az-a şikayət ünvanlayıb. 

Şikayət edən vətəndaşlar iddia edir ki, Vüqar Qasımov Prezident İlham Əliyevlə çəkdirdiyi fotosu ilə özünü "toxunulmaz adam" kimi aparır, dövlət qurumunu bazara çevirib, rəhbərlik etdiyi şöbədə rüşvət, süründürməçilik baş alıb gedir. 

İddialara görə, Xətai rayon İcra və probasiya şöbəsinin xanım əməkdaşı da vətəndaşlarla kobud davranır, onlardan rüşvət tələb edir, əmlakına həbs qərarı qoyulmuş şəxslər isə sözügedən şöbəyə dəvət olunaraq, onlardan pul istənilir.

Xatırladaq ki, Arif Qasımov Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə 11 iyul 2020-ci il tarixdə Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.

Sözügedən ittihamlarla bağlı Bakı şəhəri, Xətai rayon İcra və probasiya şöbəsinin internet səhifəsində yerləşdirilmiş "012 374 96 48" "qaynar xətt" telefonu ilə dəfələrlə əlaqə saxlasaq da, zənglərimizə cavab verən olmayıb. 


Zaur Hacılı
Demokrat.az


DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top