Lənkəranda 5 yaşlı qızın ölümünün təfərrüatı məlum oldu

HADİSƏ 25 may 2021, 16:54
Lənkəran rayonunda 5 yaşlı qızın ölümünün təfərrüatı məlum olub.

“Report”un Cənub Mərkəzi xəbər verir ki, mayın 24-də Lənkəran şəhər sakinləri - 2016-cı il təvəllüdlü Məryəm Murad qızı Qasımova və qardaşı, 2015-ci il təvəllüdlü Qasım Qasımovun qidadan zəhərlənməsi ilə bağlı favizm diaqnozu ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına gətirilib.

Həkimlər onlara favizm diaqnozu qoyub. Genetik ferment çatışmazlığından əziyyət çəkən belə xəstələr bəzi dərman pereparatlarını, eləcə də paxlalı bitkilər qəbul etdikdə orqanizmdə hemoliz, qanda parçalanma baş verir. Valideynlərin yalnız ev şəraitində müalicə olunmağa çalışmaları və vaxtında düzgün müdaxilə edilməməsi səbəbindən M.Qasımovanın müalicəsi geçikib. Nəticədə azyaşlının durumu ağırlaşıb və ölüb.

Onun qardaşı Q.Qasımov isə Bakı xəstəxanalarının birinə çatdırılıb. Onun vəziyyəti normallaşıb.

Qeyd edək ki, valideynlərinin deməsinə görə ailə üzvləri hamı üç gün əvvəl paxla-plov yeyiblər. Böyüklərdən özünü narahat hiss edən olmayıb, uşaqların səhhətində isə problem yaranıb.

Mütəxəssislərin rəyinə görə, Azərbaycanda genetik ferment çatışmazlığı xəstəliyi digər ərazilərdə də müşahidə olunsa da, endemik zona Masallı rayonu sayılır.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top