Ermənistanda koronavirusdan ölənlərin sayı 4 400-ə yüksəldi

DÜNYA 25 may 2021, 17:59
Ermənistanda son sutkada koronavirusa 157 yoluxma qeydə alınıb.

Demokrat.az xəbər verir ki, məlumatı Ermənistan Səhiyyə Nazirliyi yayıb.

Bununla da Ermənistanda virusa yoluxanların sayı 222 139-a çatıb. Məlumata görə, ölkədə son sutkada daha 6 nəfər COVID-19-dan ölüb. Bununla da koronavirusdan ölənlərin sayı 4 400-ə yüksəlib.

Koronavirusa yoluxan 211634 pasiyent sağalıb. Hazırda 5 028 aktiv koronavirus xəstəsinin müalicəsi davam etdirilir.(report.az)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top