6 gün sonra Azərbaycanda karantin bitir — Nazirlər Kabinetindən AÇIQLAMA

GÜNDƏM 24 may 2021, 14:34
Ölkədə tətbiq olunan karantinin müddəti 1 iyun tarixində bitir.
 
Nazirlər Kabineti yanında Operativ Qərargahın son qərarına görə, ölkədə davam edən karantin rejimi 1 iyuna qədər uzadılmışdı. Nəzərə alsaq ki, artıq may ayının 24-cü günüdür, 3 gündən sonra yenidən qeyri-iş günləri başlayacaq.

Belə ki, 28 May Respublika günü, 29-30 may isə şənbə və bazar günlərinə düşür. Bu baxımdan Nazirlər Kabineti yanında Operativ Qərargahın 28 maya qədər brifinq keçirəcəyi gözlənilir.

Xatırladaq ki, ötən həftə TƏBİB-in xəstəliklərin profilaktikası və kontrolu şöbəsinin müdiri Yaqut Qarayeva açıq havada maska taxmaq məcburiyyətinin ləğv olunması ilə bağlı müzakirələrin aparıldığını açıqlamışdı.

Nazirlər Kabineti yanında Operativ Qərargahın bu həftə brifinq keçirib-keçirməyəcəyi ilə bağlı Cebhe.info-ya açıqlama verən Nazirlər Kabinetinin mətbuat katibi İbrahim Məmmədov onda belə bir məlumatım olmadığını deyib.

TƏBİB-in İctimaiyyətlə əlaqələr şöbəsinin əməkdaşı Elnarə Baxış da birinfiqin olub-olmayacağı ilə bağlı məlumatsız olduqlarını bildirib.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 apr 2024, 09:08
Top