Bərgüşad sakinləri hər an təhlükə altındadır — VİDEO


SOSİAL 24 may 2021, 20:12
Ucar rayonunun Bərgüşad kəndində sakinlər təhlükəylə üz-üzə qalıb.

Baku TV xəbər verir ki, kənddə elektrik dirəkləri qəzalıdır, naqillər istismar müddətini başa vurub. 

Rayon mərkəzindən 36 kilometr uzaqlıqda yerləşən Bərgüşad kəndinin sakinlərinin sözlərinə görə, elektrik dirəklərinin və xətlərin qəzalı vəziyyətdə olması tez-tez enerjinin verilməsində fasilələr yaradır. Bu zaman evlərdə olan elektrik cihazları ya sıradan çıxır, ya da enerjinin zəif olmasına görə istifadə etmək mümkün olmur. Hər an yıxılma təhlükəsi ilə üz-üzə qalan dirəkləri kənd camaatı əlavə dayaq qoyaraq istifadə edir. Hətta bəzi hallarda kustar üsullardan istifadə edərək naqillərin ara məsafələrini də tənzimləyirlər. 

Məsələ ilə bağlı “Azərişıq” ASC-nin Mərkəzi Aran Regional Enerji Təchizatı və satışı idarəsi Ucar Elektrik şəbəkəsində olduq. Şəbəkədən şifahi olaraq Baku TV-yə bildirdilər ki, həmin kənddə olan problemdən xəbərdardırlar. İşlərin nə vaxt aparılacağı barədə mətbuat xidməti açıqlama verəcək.
 


Demokrat.az


DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top