Sürücüləri çaşdıran nişanlar: biri sür, o birisi isə dayan deyir — FOTO

SOSİAL 23 may 2021, 14:39
Ucar-Zərdab-Ağcabədi yolunda sürücüləri çaşdıran yol nişanı quraşdırılıb. 

Bu barədə sosial şəbəkə istifadəçiləri məlumat paylaşıb. 

Avtosfer.az-ın məlumatına görə nişan sözügedən yolun Ağdaş rayonu istiqamətinə gedən hissəsində quraşdırılıb. Belə ki, dairəvi hərəkət təşkil edilmiş yolayrıcının qarşısında həm baş yol nişanı, həm də yol ver nişanı quraşdırılıb. Bu yoldan istifadə edən sürücülər necə hərəkət etməli olduqlarını bilmir.

Yol nişanlarının bu cür təşkil edilməsi qanunvericiliyin tələblərinə uyğun sayılmır.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top