Erməni əsgər hərbi hissəni özbaşına tərk etdi

DÜNYA 22 may 2021, 23:01
Ermənistan Silahlı Qüvvələrinin sıravi əsgəri N.Mkrtçyan Vardenis (Basarkeçər) rayonunda yerləşən N saylı hərbi hissəni özbaşına tərk edib.

“Report” “Novosti Armeniya”ya istinadən xəbər verir ki, məlumatı Ermənistan Müdafiə Nazirliyinin Mətbuat xidməti yayıb.

Bildirilib ki, N.Mkrtçyan mayın 18-də xidmət etdiyi hərbi hissəni özbaşına tərk edib.

Ermənistanın Hərbi Polisinin Basarkeçər rayon idarəsi fakt üzrə materiallar toplayır.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top