Qazax rayonunda işğal olunmuş kəndlər qaytarılacaqmı?


DAXİLİ SİYASƏT 22 may 2021, 09:55
Ermənistan mediasında yayılan xəbərlərə görə, Azərbaycanla sərhədlərin müəyyənləşdirilməsi ilə bağlı sənəd imzalanması gözlənir. Amma bu sənədin detalları ictimaiyyətə açıqlanmayıb.

Azərbaycan rəsmiləri ümumiyyətlə yayılan bu xərələri nə təsdiq, nə də təkzib edib. Ermənistanın baş naziri vəzifəsini icra edən Nikol Paşinyan isə belə bir sənəd üzərində iş getdiyini təsdiqləyib.

Amma Ermənistanda müxalifət, müstəqil ekspertlər narahatdılar ki, bu razılaşma ilə Tavuş və Ararat bölgələrindəki bəzi kəndlər Azərbaycana verilə bilər. Bu ərazilər Azərbaycanın Tovuz, Qazax və Naxçıvanla sərhədində yerləşir.

Nikol Paşinyan üzərində iş gedən sənədin detallarını açıqlamayıb, amma Ermənistan parlamentinin xarici əlaqələr komitəsinin sədri Ruben Rubinyan Azadlıq Radiosunun erməni xidmətinə deyib ki, sənəddə hansısa ərazilərin verilməsi və ya dəşiyişdirilməsi məsələsi yoxdur.

Mayın 12-dən Azərbaycanın Laçın rayonu ilə Ermənistanın Gorus rayonu arasındakı sərhəddən, daha dəqiqiqi Qaragöl və yüksəkliklər ətrafında yaranan gərginlik davam edir.

"Əsl sülh" olsa kəndlər dəyiş-düyüş edilər?

Ermənistan ərazisində Azərbaycana məxsus anklavların qaytarılması keçən il noyabrın 10-da Azərbaycan, Rusiya və Ermənistan liderləri arasında atəşkəs razılaşması imzalanandan bu yana gündəmdən düşmür.

Xüsusilə Qazaxın hazırda Ermənistanın nəzarətində olan yeddi kəndi, Naxçıvanın Kərki kəndinin və 1990-cı illərin əvvəlində hərbi əməliyyatlar zamanı Azərbaycanın nəzarətinə keçən Ermənistan anklavı – Başkəndin taleyinin necə olacağı tez-tez mediada səslənir. Amma indiyə qədər bu kəndlərin taleyinin necə olacağı barədə nə Bakıdan, nə də Yerevandan rəsmi bir fikir səslənməyib.

Qərb sərhədində problem yarana bilər

Azərbaycan Milli Elmlər Akademiyasında coğrafiya üzrə fəlsəfə doktoru Mirnuh İsmayılov deyir ki, hazırda mühabisə gedən Gorus rayonu ərazisindən savayı, gələcəkdə qərblə sərhəddə problemlər yarana bilər: “Ən ciddi problem Qazaxla sərhəddə yaşanır. Burada görürsünüz bu ankavları. Bunlar hamısı Azəraycan ərazisidir, amma ətrafı Ermənistanla əhatənib. Bu əraziləri də Ermənistan azərbaycana geri qaytarmalıdır. Qaytarmasa, orda da problemlər yaşanacaq”.

Azərbaycanla Ermənistan arasında səhrədlərin müəyyənləşdirilməsinə Rusiya öz vasitəçiliyini təklif edib. Amma ABŞ-dakı siyasi şərhçi Pol Qobl deyir ki, tərəflər müraciət eləsə bu məsələdə ABŞ da öz texniki dəstəyini və danışıqların aparılması üçün köməyini göstərə bilər.

Azərbaycanla Ermənistan arasında keçən il başlayan müharibə noyabrın 10-da atəşkə razılaşması ilə başa çatıb. Rusiyanın vasitəçiliyi ilə əldə olunan bu razılaşmaya görə Azərbaycanın işğal altında olan rayonlarından erməni qüvvələri çıxarılıb.

Bundan sonra Azərbaycan əsgərləri Ermənistanla dövlət sərhədini bərpa etməyə başlayıblar.

1990-cı illərin əvvəlində bu əraziləri erməni qüvvələri işğal etdiyində orada dövlət sərhədini bərpa etmək mümkün olmamışdı.(azpost.info)

Demokrat.az


DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top