Zərifə Salahova: "Tahir Salahov mayın 24-də dəfn ediləcək"

İNCƏSƏNƏT 22 may 2021, 10:40
Almaniyada dünyasını dəyişən Azərbaycan təsviri sənətinin görkəmli nümayəndəsi, dünya şöhrətli rəssam, SSRİ və Azərbaycanın Xalq rəssamı, Rusiya Rəssamlıq Akademiyasının vitse-prezidenti, Dövlət mükafatları laureatı Tahir Salahovun cənazəsi sabah Vətənə gətiriləcək.

Bunu “Report”a açıqlamasında mərhumun bacısı Zərifə Salahova deyib.

Onun sözlərinə görə, cənazə mayın 23-də gecə saatlarında AZAL-a məxsus təyyarə ilə Frakfurtdan Bakıya yola salınacaq.

Z.Salahova qeyd edib ki, T.Salahovun mayın 24-də Birinci Fəxri xiyabanda dəfn edilməsi nəzərdə tutulub.

Qeyd edək ki, Xalq rəssamı mayın 21-də Almaniyada müalicə aldığı xəstəxanada 92 yaşında dünyasını dəyişib.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top