Şuşada yalnız üç binada dövlət xidmətləri göstəriləcək

QARABAĞ 21 may 2021, 21:21
Şuşa şəhəri Dövlət Qoruğunda hüquq mühafizə və məhkəmə orqanları istisna olmaqla, digər orqanların öz xidmətlərini üç inzibati binadan (ASAN, DOST və KOB Evləri) və ya yalnız elektron qaydada göstərəcəyi nəzərdə tutulur.

Demokrat.az xəbər verir ki, bu barədə məlumat “Azərbaycanın mədəniyyət paytaxtı – Şuşa şəhəri haqqında” qanun layihəsində əksini tapıb.

Bundan əlavə, Şuşa şəhəri Dövlət Qoruğuna əlavə dəstək məqsədilə vergi və digər məcburi ödənişlərdən mümkün maliyyələşmə üçün zəmin yaradılacaq.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top