Son sutkada koronavirusa yoluxanların sayı açıqlandı

SOSİAL 21 may 2021, 17:07
Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 406 yeni yoluxma faktı qeydə alınıb, 769 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Demokrat.az-a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 11 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 331 883 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 319 271 nəfər müalicə olunaraq sağalıb, 4 839 nəfər vəfat edib. 7 773 nəfər aktiv xəstə sayını təşkil edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 10 009, bu günə qədər isə ümumilikdə 3 435 192 test icra olunub.



Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top