"Ermənistanda seçki mübarizəsi Azərbaycana nifrət və revanşizm üzərində qurulub" — ŞƏRH

SİYASƏT 20 may 2021, 20:39
“Ermənistanda növbədənkənar parlament seçkisinin keçirilməsini iki amillə şərtləndirmək olar. İşğalçı ölkədə seçki mübarizəsi 2 əsas ritorika üzərində qurulub. Azərbaycana nifrət və revanşizm”.

Bu fikirləri “İki sahil”ə açıqlamasında Hüquqi Təhlil və Araşdırmalar İctimai Birliyinin sədri Ramil İskəndərli deyib.

R. İskəndərli bildirib ki, seçkilərdə iştirak edən bütün siyası blok, siyasi partiya, siyasi hərəkat, istər iqtidar, istərsə də müxalifət olsun, hakimiyyət uğrunda mübarizəsini Azərbaycana və eləcə də Türkiyəyə qarşı nifrət zəminində nitqlər və çıxışlar üzərində qurublar: “Digər səciyyəvi hal isə ondan ibarətdir ki, Ermənistanda siyasi qüvvələr elə bir yanlış düşüncə sahibdirlər ki, guya seçki kampaniyası dövründə nə qədər çox revanşist fikir söyləyəcəklərsə, bir o qədər çox səs toplayacaqlar. Sual olunur: Ermənistanın düşdüyü acınacaqlı vəziyyətdən çıxaracaq və daxili siyasi məsələləri yoluna qoya biləcək ağıllı təklif və ideyalar irəli sürən tapılacaqmı?

Rusiyanın xarici işlər naziri Sergey Lavrov da öz növbəsində Ermənistana regionda əməkdaşlığa zərər vuracaq ritorikadan çəkinməyi məsləhət görmüşdür. Ermənistanda siyasi qüvvələr sərhəddə baş verən gərginlikdən də siyasi məqsədlər üçün istifadə edirlər. Ermənistanda keçirilən sorğulara görə, seçicilərin az qala yarısının hələ də qərarsız olması, vəziyyətin hələ də qeyri-müəyyən olaraq qalması Ermənistanda seçkilərin stabil keçəcəyinə dəlalət etmir”.

İctimai Birliyin sədri qeyd edib ki, 20 iyunda keçiriləcək seçki, həmçinin xarici ölkələrin, beynəlxalq müşahidəçilərin diqqət mərkəzində olacaq: “Mayın 19-da ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu (DTİHB) Ermənistanda 20 iyun erkən parlament seçkiləri üçün seçki müşahidə missiyası fəaliyyətini açıq elan etdi.

DTİHB seçki günü baş verən hadisələri izləmək üçün ATƏT-ə üzv dövlətlərdən 250 qısamüddətli müşahidəçi tələb etməyi də planlaşdırır. Bu rəqəm COVID-19 pandemiyası ilə əlaqəli vəziyyətdən asılı olaraq dəyişə bilər. Müşahidəçilər qanuni bazaya və onun tətbiqinə diqqətlə baxacaq, təşviqat fəaliyyətini, seçki administrasiyasının və müvafiq dövlət orqanlarının işlərini, o cümlədən seçicilərin qeydiyyatı və seçki mübahisələrinin həllini izləyəcəklər. Media monitorinqi də müşahidənin ayrılmaz hissəsini təşkil edəcək”.
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top