Yevlaxın Nizami küçəsinin kanalizasiya problemi — VİDEO


SOSİAL 20 may 2021, 19:33
Yevlax şəhərinin Nizami küçəsi 36 ünvanında yağış, kanalizasiya suları hərəkəti çətinləşdirib. 

Baku TV xəbər verir ki, ünvanda 10 ailə yaşayır ki, onlar bir neçə müddətdi bu problemlə üz-üzə qalıblar. 

Sakinlər bildirir ki, yaşadıqları ərazi çökəkdə olduğundan, kanalizasiya borularının düzgün işləməməsi səbəbindən şəhərin digər küçələrinin çirkab suları da buraya axır. Bunun qarşısını almaq üçün küçə sakinləri özləri tədbir görməli olub. 

Nizami küçəsində yaranan mövcud vəziyyətlə bağlı üz tutduq Yevlax Sukanal İdarəsinə, oradan hər hansı məlumat verilmədi. Yevlax Kommunal Təsərüffat müəssəsindən isə bildirildi ki, küçəyə yığılan suyun çəkilməsi üçün ora texnikalar cəlb edilir. 
 


Demokrat.az


DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top