İsraildə sinaqoqun tribunasının çökməsi zamanı xəsarət alanların sayı 167-yə çatdı, ölənlər var — YENİLƏNİB-2

DÜNYA 16 may 2021, 23:12
İsrailin Qivat-Zeev şəhərində sinaqoqda Şavout bayramı münasibətilə keçirilən mərasim zamanı tribunanın çökməsi nəticəsində xəsarət alanların sayı 167 nəfərə çatıb.

“Report” xəbər verir ki, bu barədə təcili yardım xidməti məlumat yayıb. Yaralılar xəstəxanaya yerləşdirilib. Onlardan 5-i ağır vəziyyətdədir. Yaralıların 9-nun vəziyyəti normaldır. Hadisə zamanı 152 nəfər yüngül xəsarət alıb.

Qeyd edilir ki, hadisə zamanı 2 nəfər həlak olub.

İsrailin Qivat-Zeev şəhərində sinaqoqda Şavout bayramı münasibətilə keçirilən mərasim zamanı tribunanın çökməsi nəticəsində həlak olanların sayı 2 nəfərə çatıb.

“Report” xəbər verir ki, bu barədə təcili tibbi yardım xidməti məlumat yayıb.

“The Jerusalem Post” isə bildirib ki, hadisə zamanı 132 nəfər xəsarət alıb. Məlumata görə, yaralılardan 5-i ağır, 8-i orta ağır vəziyyətdədir. Hadisə zamanı xəsarət alanlardan 119-nun vəziyyəti normaldır.

21:23
İsrailin Qivat-Zeev şəhərində sinaqoqda Şavout bayramı münasibətilə keçirilən mərasim zamanı tribunanın çökməsi nəticəsində azı 1 nəfər həlak olub.

“Report” xəbər verir ki, bu barədə KAN telekanalı məlumat yayıb.

Məlumata görə, hadisə zamanı daha 60 nəfər xəsarət alıb. Yaralılar xəstəxanaya yerləşdirilib. Qeyd edilir ki, onlardan 10-u ağır vəziyyətdədir.

Hadisənin görüntüləri müşahidə kameralarına düşüb. Bildirilir ki, mərasim zamanı sinaqoqda 600-dən çox insan olub.
 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top