İstanbulda güclü partlayış baş verdi

DÜNYA 12 may 2021, 22:45
Türkiyənin İstanbul şəhərində metro inşaatı zamanı güclü partlayış olub.

Demokrat.az
Türkiyə mediasına istinadən xəbər verir ki, Pendik rayonundakı partlayış nəticəsində ətrafdakı iş yerlərinə, həmçinin bir xəstəxanaya ciddi ziyan dəyib.

Hadisənin başvermə səbəbi və zərərçəkənlər barədə hələlik heç bir açıqlama verilmir.

Partlayışla bağlı araşdırmalar davam etdirilir.
 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top