Cıdır düzündə 29 il əvvəlki şəkli ilə foto çəkdirdi — FOTO


QARABAĞ 12 may 2021, 18:36
Musiqiçi, Əməkdar artist Fuad İbrahimovun 29 il əvvəl Cıdır düzündə çəkdirdiyi fotosu sosial şəbəkələrdə izləyicilərin marağına səbəb olub.

Demokrat.az
"Report"a istinadən xəbər verir ki, sənətçi Şuşanın işğalı zamanı doğulduğu şəhəri tərk edərkən Cıdır düzündə lentə alınmış foto ilə eyni yerdə şəkil çəkdirib.

"1992-ci ilin yanvar ayında 9 yaşım var idi. Hadisələr çox gərgin idi. Bir çox ailələr kimi, bizi də helikopterlə Cıdır düzündən evakuasiya etdilər. O günləri heç vaxt unutmayacağam. Həmin gündən hamımız olduq məcburi köçkün.... Nə duyğular yaşadığımı söz ilə ifadə etmək mümkün deyil", - o bildirib.

Qeyd edək ki, Əməkdar artist Heydər Əliyev Fondunun təşkilatçılığı ilə keçirilən "Xarıbülbül" musiqi festivalında iştirak etmək üçün Şuşaya gedib. Fotonun müəllifi fotoqraf Vüqar İbadovdur.


DİGƏR XƏBƏRLƏR

Top