Avropa Məhkəməsi Azərbaycanın Ermənistana qarşı şikayətinə baxılması barədə qərar qəbul etdi

SİYASƏT 12 may 2021, 18:19
Avropa Insan Haqları Məhkəməsi Azərbaycanın Ermənistana qarşı şikayətinə baxılması haqqında qərar qəbul edib.

APA-nın xəbərinə görə, bu barədə Avropa Insan Haqları Məhkəməsinin saytında məlumat yerləşdirilib.

Bildirilib ki, Azərbaycanın Ermənistana qarşı insan hüquqlarının pozulması ittihamı ilə bağlı şikayətinə baxılması haqqında qərar qəbul olunub.

"Avropa insan Haqları Məhkəməsinin palatasına daxil olan Azərbaycan Ermənistana qarşı dövlətlərarası şikayəti Məhkəmənin Böyük palatasının yurisdiksiyasına qəbul olunub", - deyə məlumatda bildirilib.
 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top