Azərbaycan vətəndaşları minaya düşdülər — YENİLƏNİB


HADİSƏ 12 may 2021, 18:28
Bu gün saat 17 radələrində 2 mülki şəxsin Gədəbəy rayonunun Ermənistanla sərhəd olan ərazisində minaya düşmələri barədə Rayon Prokurorluğuna məlumat daxil olub.

Bu barədə Gədəbəy Rayon Prokurorluğundan bildirilib.

Aparılmış araşdırmalarla Gədəbəy rayon sakinləri - 1995-ci il təvəllüdlü Kamran Namazov və 1994-cü il təvəllüdlü Səddam Nəsibovun kənd-təsərrüfat fəaliyyəti ilə məşğul olarkən qeyd edilən ərazidə minaya düşmələri nəticəsində Kamran Namazovun ağır dərəcəli, Səddam Nəsibovun isə müxtəlif dərəcəli bədən xəsarətləri alması müəyyən edilib.

Faktla bağlı Gədəbəy Rayon Prokurorluğunda araşdırma aparılır./"Report"

16:31
Gədəbəy rayon sakini minaya düşüb.


Rayonun Əyridərə kənd sakini, 1995-ci il təvəllüdlü Namazov Kamran Aydın oğlu Ermənistanla sərhəd hissədə göbələk yığan zaman minaya düşüb.

Yaralı Şəmkir Rayon Mərkəzi xəstəxanasına yerləşdirilib. Vəziyyəti orta ağırdır.(oxu.az)
Demokrat.az


DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top