Deputat: “Şuşa bütün Türk dünyasının mədəniyyət paytaxtıdır”

QARABAĞ 12 may 2021, 14:40
“İllər sonra Şuşa azadlığına qovuşub, biz ordan düşməni qovmuşuq və artıq orda musiqi festivalı keçiririk”.

Bu sözləri Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Aqil Abbas deyib. 

Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın Şuşaya növbəti səfəri və “Xarıbülbül” musiqi festivalında iştirakları ilə bağlı fikirlərini bölüşüb:

“İllər sonra yenidən Şuşada “Xarıbülbül” festivalı keçirilir. Bundan başqa, orda həm də Vaqif Poeziya günləri də keçiriləcək. Şuşa təkcə Azərbaycanın deyil, bütün Türk dünyasının mədəniyyət paytaxtıdır. Bu şəhərdə belə tədbirlərin keçirilməsi əhəmiyyətlidir və bu, davam edəcək. 

Prezident də vitse-prezidentlə birlikdə bu festivalda iştirak edir. Bu, hamımız üçün sevindirici haldır. Bu festival bizim üçün həm də bayramdır. Prezidentin də uzun illər bu anı gözləyən xalqın rəhbəri kimi bu festivalda iştirakı vacib idi və o, Şuşaya növbəti dəfə səfər edərək, şəxsən bu tədbirdə iştirak edir. Bu gün Şuşada belə tədbirin keçirilməsi bizim üçün tarixi anlardan biridir”. 


Aygül Qarayeva
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
25 apr 2024, 13:44
Top