"Spartak" azərbaycanlı futbolçu ilə yollarını ayırdı

İDMAN 11 may 2021, 18:28
Rusiyanın "Spartak" klubu futbolçu Ayaz Quliyevlə yollarını ayırıb.

"Report"un "Çempionat" nəşrinə istinadən məlumatına görə, əslən azərbaycanlı yarımmüdafiəçi ilə müqavilə qarşılıqlı razılıq əsasında pozulub.

Quliyev "Spartak"ın yetirməsi sayılır. O, 2018-ci ilin yayında 500 000 avro qarşılığında "Rostov"a keçib. Yarım ildən sonra isə Moskva klubu oyunçunu 1 milyon avroya geri qaytarıb.

25 yaşlı futbolçu ötən mövsüm Rusiya Premyer Liqasında 11 oyuna (8-i əsas heyətdə) çıxıb və 5 sarı vərəqə alıb. Bu mövsüm isə Quliyev heç bir rəsmi matçda iştirak etməyib. Onun müqaviləsi 2023-cü ilin yayınadək idi.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top