Politoloq: "Erməni öz dərdindədir..."

GÜNDƏM 10 may 2021, 10:01
"Bununla da biz, ermənilərin bu günkü Xankəndi "paradına" yekun vuraq. 1-ci şəkildə tanklı-toplu, silahlı, Xankəndində ötən ilki 9 may paradı. 2-ci şəkildəki isə bu günkü paraddır. Keşiş ətrafında, tanksız-topsüz, silahsız və öndə ağ sülh bayrağı aparmağı ilə. Sakitcə, dəfn mərasimindəki kimi".

Demokrat.az xəbər verir ki, bunu İctimai Tədqiqatlar Mərkəzinin sədri, politoloq İlqar Altay bildirib.

"Bu da bunların neçə günlərdir ki, sözə, söhbətə səbəb olan və hətta ictimai psixoz həddində də ifrat stresslə körüklənən "möhtəşəm" paradları! Elə bil ki, ermənilər bu saat Xankəndində, toplu tanklı, "İsgəndərli" parad keçirib, oradan Bakıya hücum edəcəklərmiş. Erməni isə öz dərdindədi. 

Sözüm bəzi siyasilərimizədir. Hakimiyyətlə nə problemin varsa, sivil cəmiyyətlərdəki kimi get söhbət, dialoq apar, həll et. Bu camaatı qatma araya gündə bir stresli Araik, parad təbliğatı ilə. Nəyə lazım, bu cür, süni işlərlə xalqı, cəmiyyəti hər dəfə insafsızca küyə sallb, narahat etmək?", deyə politoloq qeyd edib.

Bir açıq Havada və abidə şəkili ola bilər
Bir 1 nəfər, standing və açıq Havada şəkili ola bilər

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top