Deputat: "Dindarla mübahisə və ya müzakirə apara bilməzsən"


SOSİAL 09 may 2021, 14:49
"Kəlmələrin tanıtımından çox şey asılıdır. Qədir gecəsinə Əhya deyəndə anlayırsan ki, adamın Quranla əlaqəsi zəifdir. Qədir gecəsinin axtarışına israrla çıxmaqda da qəribəliklər var. Tutaq ki, bu gecənin dəqiq vaxtını müəyyən etdin. Nə dəyişəcək? İnsan həyatı kimi din də bütövdür. Qədir gecəsindən öncəki və ya sonrakı gecə və gündüzlər nə olacaq? Demək ki, bir ömür boyu Qədir gecəsini yaşayırmış kimi ibadətini, inancını gəvşətməməlisən. Yəni, inancda kəsə yol axtarılmaz".

Demokrat.az
xəbər verir ki, bunu Milli Məclisin deputatı Fazil Mustafa deyib.

“Bizim milli terminologiya ilə desək, "Əhyalarda oruc tutacağam" demək, "İşim düzəlsə qurban kəsəcəyəm" demək kimi bir yanaşmadır. Yəni işin ciddiyə alınmamasıdır. Yəni Allahın dininə qarşı öz dinini alternativ olaraq irəli sürməkdir. Hər zaman İnanclı insanları Dindar insandan ayırıram. İnanclı insan Allahın Aləmlərin Rəbbi olduğuna inanandır. Dindar insan isə Allahın ancaq onun dinində və ya məzhəbində və ya təriqətində olanların Rəbbi olduğuna inanandır. İnanclı üçün bütöv anlamda insanlıq var, dindar üçün dindaşlıq, məzhəbdaşlıq, təqriqətdaşlıq var. İnanclı Allahın göndərdiyinə inanaraq yaşar, dindar isə özünün din adına uyğunlaşdıraraq yaşadığına inanar" – F.Mustafa qeyd edib.

Deputatın yanaşmasına görə, inanclı ilə mübahisə edə bilərsən, çünki sənə Yaradanın yaratdığı kimi baxar, dialoqu önəmsəyər: "Dindarla mübahisə və ya müzakirə apara bilməzsən, çünki öncədən bir insanı müşrik, münafiq və ya kafir kimi görər, monoloqu önəmsər. İnanclı üçün əsas prinsip "dində zorakılıq yoxdur!" sayılır, dindar üçün "ali məqsəd üçün istənilən vasitə məqbuldur" prinsipi öndə olur. İnanclı Allahın təəssübkeşidir, dindar isə dinin təəssübkeşidir. Sadəcə düşündüyümü yazdım. Doğrusunu Allah bilir".
 


DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
14 iyn 2021, 20:12
Top