Suraxanıda nişan mərasimi keçirən 57 nəfər cərimələndi — VİDEO

HADİSƏ 08 may 2021, 19:20
Suraxanı Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilən tədbir zamanı Qaraçuxur qəsəbəsində yerləşən "Qədir Xum" restoranında nişan mərasimi keçirilməsinin qarşısı alınıb.

Daxili İşlər Nazirliyindən Demokrat.az-a verilən məlumata görə, nəzarət-profilaktik tədbir zamanı orada karantin qaydalarını pozan ümumilikdə 57 nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokollar tərtib edilib. Karantin qaydalarını pozan mərasim iştirakçıları və obyektin icarədarı cərimə olunublar.

Polis əməkdaşları həmin şəxslərlə profilaktik söhbət apararaq karantin qaydaları barədə onları bir daha məlumatlandırıblar.



Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top