Faydasından çoxlarının xəbəri olmayan yulğun — VİDEO

SOSİAL 08 may 2021, 15:26
Hündürlüyü 6 metrə qədər olan yulğun ağacı adətən aprelin axırları və may ayında çiçəkləyir. Çiçək tacı ağ və çəhrayı rəngdə olur. 

Mütəxəssislərin dediyinə görə, yulğun bol oksigen verməklə yanaşı, həm də torpağı münbitləşdirir. Onun özəlliklərindən biri isə quşların sığınacaq yerinin olmasıdır.

Həm suya, həm də quraqlığa davamlı olan yulğunun laksa adlı bir növü var ki, bu da “Qırmızı kitab”a düşüb. Həmin növə Azərbaycan və Gürcüstanın təbiətində rast gəlmək mümkündür.

Mütəxəssislərin fikrincə, yulğunun insan orqanizminə faydası olduqca böyükdür. Xüsusilə onu üzərlik kimi yandırıb, tüstüsünü udmaqla tənəffüs yollarının açılmasında, eləcə də ağciyərlərin müalicəsində istifadə edirlər. Mütəxəssislər hesab edirlər ki, yulğunun kəsilməsinə görə cərimələrin tətbiq olunmasına baxmayaraq, lakin ana təbiətin bəxş etdiyi bu neməti qorumaq lazımdır ki, gələcək nəsillərə ötürə bilək. 
 


Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top