Oğlu Ağakərim haqda: "Həkimlərin edə biləcəyi heç nə yoxdur"

ŞOU-BİZNES 07 may 2021, 10:27
Bir neçə il öncə insult keçirən meyxanaçı Ağakərimin (Kərim Novruzov) səhhətindən xəbər var.

Demokrat.az xəbər verir ki, meyxanaçının oğlu atasının vəziyyətinin yaxşı olmadığını bildirib:

“Atamın səhhətinə yaxşı demək olmaz. Həkimlər müalicə yazıblar. Deyiblər ki, ev şəraitində müalicələrini davam etdirsin. Həkimlərin fikrincə, xəstəxanada edə biləcəkləri nəsə yoxdur. Sadəcə, ev şəraitində müalicəsi davam etdirilməlidir. Çox bədbinləşib. Danışdırmasan, danışmaz”.

Qeyd edək ki, meyxanaçı Ağakərimin 2017-ci ilin martında beyninə qan sızıb. Həmin gündən ifaçının səhhətində ciddi problemlər yaranıb.(lent.az)

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top