Bayram Səfərov: "Bizim üçün artıq mayın 8-i yox, noyabrın 8-i və 10-u tarixləri var"

GÜNDƏM 06 may 2021, 18:05
Hər il mayın 8-ni böyük təəssüf hissi ilə Şuşanın işğal olunduğu gün kimi xatırlayırdıq. 1992-ci ildən bəri ilk dəfə Azərbaycan xalqı bu günün ağırlığını hiss etməyəcək. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə müzəffər Azərbaycan Ordusu bu şəhəri keçən il işğaldan azad etdi və bu günün yükünü üzərimizdən götürdü. Artıq yaxınlaşan 8 may tarixi bizim xalqımız üçün heç bir əhəmiyyət kəsb etmir.

Azərbaycan qazandığı qələbə və Şuşanın işğaldan azad edilməsi ilə bağlı Demokrat.az-a danışan Şuşa şəhər İcra Hakimiyyətinin başçısı Bayram Səfərov bunları deyib:

"İllər sonra ilk dəfədir ki, 8 may tarixini bədbin gün kimi xatırlamırıq. Azərbaycan prezidenti və Ordumuz möhtəşəm qələbə qazandı. Bizim üçün artıq mayın 8-i yox, noyabrın 8-i və 10-u tarixləri var. Biz artıq bu günləri qeyd edib, sevinməliyik. Şuşa bizim üçün ən əziz şəhərlərdən biridir. Nə xoş ki, artıq bu şəhərin işğal tarixi deyə bir ifadə qalmayıb".

Aygül Qarayeva
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top