Bulvar ərazisində yeni obyekt tikilir? — FOTO

SOSİAL 06 may 2021, 11:45
Sosial şəbəkələrdə bulvarın bir hissəsinə dəmir arakəsmələrin qoyulduğunu əks etdirən fotolar yayılıb. İddia edilir ki, buna səbəb bulvar ərazisində yeni obyektin tikilməsinə hazırlıq işlərinin görülməsidir. Bildirilir ki, yeni tikili dəniz sahilinə aparan pilləkənlərə qədər uzanacaq. 

Demokrat.az-ın xəbərinə görə, Dənizkənarı Bulvar İdarəsinin İdarə Heyətinin sədrinin müşaviri Könül İmamverdiyeva bildirib ki, bağlanma təmir- bərpa işləriylə bağlıdır:

"Həmin yerdə hansısa obyektin tikilməsi məsələsi yoxdur. Dəmir baryerlər ona görə qoyulub ki, döşəmələr zədələnib. Həmin döşəmələr yenidən bərpa ediləcək. Hər hansı tikintinin aparılacağı ilə bağlı hələlik məlumat yoxdur. Əgər belə bir hal olarsa, ictimaiyyətə məlumat veriləcək".(qafqazinfo.az)

undefined

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
01 may 2024, 21:48
Top