"Təzyiq qarşısında əlimizdəki ermənilərin tamamını təhvil verməməliyik"

GÜNDƏM 05 may 2021, 00:18
“2020-ci il 10 noyabr üçtərəfli bəyanatından sonra tərksilah edilən erməni hərbçilərdən üçü azad edilib. Onlar Rusiya sülhməramlı qüvvələrinin komandanı Rüstəm Muradovun müşayiəti altında Bakı-İrəvan reysilə Ermənistana çatdırılacaqlar. Ermənistan aylardır “əsir” mövzusundan Azərbaycana qarşı təzyiq aləti kimi istifadə edir və açıq demək lazımdır ki, beynəlxalq aləmdən kifayət qədər dəstək qazanıb. Emənilərin beynəlxalq təşkilatlardakı, o cümlədən ABŞ Konqresi və Avropa Parlamentindəki dostları “əsirlər” mövzusunda Azərbaycana təzyiqi artırıblar. Halbuki, 10 noyabrdan sonra Azərbaycan sərhədini qanunsuz keçən Ermənistan vətəndaşları əsir sayılmamalıdır. Bu həqiqəti Qərbdə qəbul etmək istəmirlər. Deməli, biz bu vəziyyətdən çıxış yolu tapmalıyıq”.

Demokrat.az
-ın xəbərinə görə, bunu politoloq Elxan Şahinoğlu deyib.

E.Şahinoğlu bildirib ki, siyasətdə manevr imkanları olmalıdır: “Ötən həftə yazmışdım ki, “əlimizdə olan ermənilərlə bağlı strategiyamızı müəyyənləşdirməliyik”. Əməllərində cinayət tərkibi, o cümlədən mülki və ya hərbi Azərbaycan vətəndaşlarının öldürülməsi və ya yaralanması ilə nəticələnən əməliyyatlarda iştirakı müəyyən edilməyən ermənilər hissə-hissə Ermənistana təhvil verilə bilər. Buna baxmayaraq, hamısını birdən təhvil vermək olmaz. Bu halda ermənilərin və onların xaricdəki dostlarının təzyiqləri qarşısında geri çəkildiyimiz - “təzyiq et, istədiyini al” görüntüsü yaranar. Birinci Qarabağ müharibəsi dövründən itkin düşmüş hesab olunan 4000-dən artıq Azərbaycan vətəndaşı barəsində bugünə qədər Ermənistan tərəfindən məlumat verilmir. Onların əksəriyyəti öldürülüb və kütləvi məzarlıqlarda basdırılıb. Bu məsələdə beynəlxalq aləmdən səs çıxmır. Beynəlxalq aləm Qarabağda girov saxlanılan 2 vətəndaşımızın geri qaytarılması üçün illər ərzində heç nə etmədi. Əksinə, Emənistanın baş naziri Nikol Paşinyan deyirdi ki, “həmin iki nəfəri Azərbaycana geri qaytara bilmərik, çünki Bakıda onları qəhrəman kimi qarşılayacaqlar”. Buna görə də təzyiq qarşısında əlimizdəki ermənilərin tamamını təhvil verməməliyik. Onlar illərlə bizə əziyyət verdilər, qarşılığını almalıdırlar”.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top