Almaniyada işləyən jurnalistin mülkünə hücum edib, qapısını qırdılar — FOTO+VİDEO

HADİSƏ 03 may 2021, 23:14
Almaniyada yaşayan və çalışan müstəqil jurnalist Həsən Babayevin şəxsi mülkünə bir neçə nəfər hücum edərək qapısını qırıb və əmlaka zərər vurublar.

Demokrat.az-ın xəbərinə görə, bu barədə H.Babayevin özü məlumat verib. O qeyd edib ki, hadisə ilə bağlı Daxili İşlər Nazirliyinin 102 xidmətinə məlumat verilib.

“Bu gün, 03.05.2021 tarixdə, axşam saat 20:00 radələrində əllərində kəsici-deşici alət olan 4 nəfər Yasamal rayonu, Yeni Yasamal, qəsəbəsi Əsəd Əhmədov küçəsi 31 ünvanında yerləşən, çıxarışla ailəmə məxsus olan qeyri yaşayış sahəsinin qapısını sındıraraq əmlaka zərər vurublar. Həmin şəxslər bildirib ki, buranı heç kim özəlləşdirə bilməz. Qeyd edim ki, qeyri-yaşayış sahəsi bizə məxsus olan, binanın birinci mərtəbəsində yerləşən mənzilin zirzəmisində yerləşir. Hadisə ilə bağlı DİN-nin 102 xidmətinə məlumat verilib. Ərazi üzrə polis idarəsindən zəng edib əlaqə saxladılar. Dedilər ki, əməliyyat qrupu göndərilib. Evdə olan azyaşlı uşaq qorxub, ürəyi xəstə yaşlı insan stressdən səhhətində problem yaranıb və təcili yardım çağırmaq məcburiyyətində qalıb”

Jurnalistin sözlərinə görə bu hadisə ilk dəfə deyil baş verir: “Bundan əvvəl də bir neçə dəfə qapını sındırıblar. Polisə məlumat vermişik. Yasamal Rayon Polis İdarəsinin əməkdaşları əraziyə baxış keçiriblər. Həmin şəxslərin kimliyini müəyyənləşdirmək mümkün olmayıb. Bundan sonra biz əraziyə təhlükəsizlik kamerası quraşdırmaq mcəburiyyətində qaldıq. Son baş verən hadisənin videogörüntülərü polisə təqdim ediləcək”

H.Babayev bildirib ki, xuliqanlıq edərək onun özəl mülkünə zərər vuranların cinayət məsuliyyətinə cəlb edilməsi və məsələni nəzarətə götürməsi üçün Daxili İşlər Naziri general-polkovnik Vilayət Eyvazova rəsmi müraciət ünvanlayacaq.



Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top