ANAMA: Azad olunan ərazilərdə indiyədək 50 nəfər minaya düşüb

QARABAĞ 29 apr 2021, 16:57
“Noyabrın əvvəlindən indiyədək minalarla bağlı 50 nəfərin iştirakıyla 30-dan çox hadisə baş verib”.

Demokrat.az xəbər verir ki, bunu Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyəti sədrinin müavini Samir Poladov “İkinci Qarabağ müharibəsi və minalar” adlı vebinarda deyib.

“İnsanlar həmin torpaqların işğaldan azad olunması arzusu ilə yaşayırdılar. Onlar öz dədə-baba yurdlarını görmək istəyirlər. Həmin insanların hissləri başadüşüləndir. Təəssüf ki, onların bəziləri təhlükəni nəzərə almadılar. Avtomobillərlə ya da piyada minalanmış ərazilərə gediblər. Bununla da onlar minalanmış sahəyə düşüblər”, - o vurğulayıb.

Demokrat.az

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top