"Şəhidlər Xiyabanında fərdi işlərə yol verilməməlidir” — Mingəçevir ŞİH

SOSİAL 28 apr 2021, 12:49
"Şəhidlər Xiyabanında fərdi işlərə yol verilməməlidir. Bu fərdiliklərə yol verilməməsi üçün bir xahişimiz var. Gəlin müqəddəs ziyarətgahımız olan Şəhidlər Xiyabanımıza diqqəti artıraq, çalışaq ki, orada memarlıq qaydalarına uyğun işlər aparılsın, bir ziyarətgah kimi diqqətdə saxlanılsın və həmişə səliqə-səhmanlı olsun. Bu sahədə aidiyyəti qurumlar öz üzərinə düşən vəzifələri layiqincə yerinə yetirməlidirlər”.

Bunu Yeniavaz.com-a Mingəçevir Şəhər İcra Hakimiyyəti Aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Sahib Əliyev deyib.

Sahib Əliyev qeyd etdi ki, 1990-cı ildən başlayaraq formalaşan, insanların müqəddəs ziyarətgahına çevrilən Şəhidlər Xiyabanı artıq böyük ərazini əhatə edir: “Yaşından, cinsindən, milli mənsubiyyətindən asılı olmayaraq hər gün yüzlərlə insan bu ziyarətgaha gəlirş Vətən uğrunda döyüşlərdə öz müqəddəs borclarını layiqincə yerinə yetirərkən şəhid olmuş igidlərimizin məzarları önünə gül dəstələri qoyur, ruhlarına dualar oxuyurlar. Əlbəttə, bunlar yaxşı əlamətdir, vətəndaşlıq borcudur. Vətən oğullarına göstərilən ehtiram və məhəbbətin təzahürüdür. Unutmaq lazım deyil ki, şəhidlər xiyabanının formalaşması xalqın istək və tələbi sayəsində mümkün olub. Bu gün Mingəçevir Şəhidlər Xiyabanında ümumilikdə 258 nəfər igid oğlumuz uyuyur. Onlardan 205 nəfəri birinci Qarabağ müharibəsində, 4 nəfəri Aprel döyüşlərində, 49 nəfər isə Vətən müharibəsində torpaqlarımızın azadlığı naminə sinəsini sipər edib. Bununla bərabər Şəhidlər Xiyabanında yerləşən “İtkinlər” kompleksində 106 nəfər vətən oğlunun xatirə lövhəsi var. Haqq sözdür, torpaq uğrunda ölən varsa, Vətəndir. Vətən igid oğulları ilə tanınar. Mingəçevir igidləri də, öz qəhrəmanlıqları ilə tanınır, seçilir. Biz onlarla fəxr edirik”.



Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
20 apr 2024, 13:03
Top