Ermənistanda COVID-19-a yoluxanların sayı 214 872-yə çatdı

DÜNYA 28 apr 2021, 18:28
Ermənistanda son sutkada koronavirusa 808 yoluxma qeydə alınıb.

Demokrat.az xəbər verir ki, məlumatı ölkənin Səhiyyə Nazirliyi yayıb.

Bununla da Ermənistanda virusa yoluxanların sayı 214 872-yə çatıb.

Məlumata görə, ölkədə son sutkada daha 13 nəfər COVID-19-dan ölüb. Bununla da koronavirusdan ölənlərin ümumi sayı 4 071 nəfərə yüksəlib.

Koronavirusa yoluxan 196 289 nəfər sağalıb. Hazırda 13 503 aktiv koronavirus xəstəsinin müalicəsi davam etdirilir.(report.az)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top