“Azərbaycan bayrağına bükülmüş manikenin "edam edilməsi" hadisəsi ABŞ üçün olduqca utancvericidir”

GÜNDƏM 26 apr 2021, 17:45
"Ermənilər o qədər türk nifrəti ilə dolublar ki, türkün adı gələndə nifrətdən çıldırırlar. Los Ancelesdə Azərbaycan bayrağına bükülmüş manikenin "edam edilməsi"ni də bu nifrətdən doğan çıldırma kimi dəyərləndirmək lazımdır. Deyirlər, çıldırmaları çox olacaq".

Bunu Pravda.az-a açıqlaması zamanı politoloq Cümşüd Nuriyev deyib.

Politoloq bildirib ki, belə hallar dünyaya demokratiya dərsi keçən bir ölkə üçün olduqca utancvericidir: "ABŞ-ı ən böyük ştatlarının birində Amerika vətəndaşı olan ermənilərin belə diskriminasiyaya əl atması, başqa dinə və xalqa məxsus insanın simvolik manikeninin yandırılması xəstəlikdir, şizofreniyadır. Bu insanların psixoloji durumu normal deyil. Qarabağdakı 44 günlük müharibənin nəticəsini heç cür həzm edə bilmirlər və məğlubiyyətlərinin əvəzini çıxmaq üçün başqa yolları yoxdur. Bildiyimiz ki, Ümumdünya Səhiyyə Təşkilatının Ermənistanla bağlı çox maraqlı araşdırması var. Araşdırmaya əsasən, 2005-ci ildə hər 4 nəfər ermənidən 1-nin psixoloji durumunda problem var idisə, indi bu statistika hər 2 nəfərdən 1-nə aid edilir. Ermənilər dünyaya gələndə türkə qarşı belə nifrətlə böyüdüldüklərinə görə, bu, onlarda psixoloji gərginlik, kompleks yaradır. Müharibədən sonra bu sindromdan, ümumiyyətlə, çıxa bilmirlər. Yəni Koliforniya erməniləri ilə, Fransa, Qarabağ ermənilərinin heç bir fərqi yoxdur. Koliforniyanin prokuroru Baydeni də qondarma "erməni soyqırımı"nı tanımağa məcbur etdi və o adam psixoloji olaraq xəstədir. Bir xəstənin sözü ilə “soyqırım” məsələsini gündəmə gətirdilər. Təkrar edirəm, Los Ancelesdə baş verən bu hadisə ABŞ üçün utancvericidir".

C.Nuriyevin sözlərinə görə, ABŞ-ın bu gün etdikləri bir gün öz başında çartlayacaq, bəla qayıdıb özlərini tapacaq: "Biz erməniləri artıq 200-250 ildir ki, tanıyırıq. Bilirik ki, hansı yuvanın quşudurlar. ABŞ-ın sonuncu bəyanatı Türkiyə ilə Azərbaycanı bir daha  yaxınlaşdırdı. İndi növbə Azərbaycandadır ki, Türkiyənin yanında olduğunu nümayiş etdirsin. Bayden də sağ olsun ki, çıxıb sayaqladı. Onun sarsaq danışığı Azərbaycan üçün yeni bir motivasiya oldu. Bundan sonra nə addım atırlar atsınlar, hansı yepiskop necə çıxış edir, etsin, bizim üçün fərqi yoxdur. Sən demə, bizim xəbərimiz yox imiş, bütün dünya insanlarının kodları ermənilərdə cəmləşibmiş. İndi biz erməniləri “əl üstdə” saxlamalıyıq ki, bunlara heç nə olmasın. Bu xəstələrlə yalnız bu dildə danışmaq lazımdır. Diaqnozlarını da bilirik. Mütləq cərrahi əməliyyat aparmaq lazımdır, profilaktika rol oynamayacaq. Çünki ermənilərin beyni yoxdur".

Qeyd: Los Ancelesin mərkəzində Ermənistan Gənclər Federasiyasından və Amerika Erməniləri Milli Komitəsindən olan radikal daşnak ermənilər Azərbaycan bayrağına bükülmüş bir Azərbaycan manekeni etnik zorakılığa çağırışlarla “edam” ediblər.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top