QHT-lərdən Baydenin mövqeyi ilə bağlı BƏYANAT

DAXİLİ SİYASƏT 25 apr 2021, 15:32
Ölkə QHT-ləri ABŞ Prezidentinin qondarma “erməni soyqırımı” məsələsi ilə bağlı yanlış mövqeyini qətiyyətlə pisləyib.

Demokrat.az
bildirir ki, ölkənin QHT-ləri bununla bağlı bəyanat yayıb. Bəyanatda aşağıdakılar bildirilir:

“ABŞ Prezidenti Cozef Bayden dünən “1915-ci il hadisələri”nin ildönümü ilə əlaqədar çıxışında XX əsrin əvvəllərində Osmanlı imperiyası ərazisində baş verən hadisələri "soyqırım" adlandırıb. ABŞ kimi qlobal məsuliyyəti olan dövlətin prezidentinin heç bir tarixi, hüquqi və siyasi əsası olmayan iddianı rəsmi şəkildə səsləndirməsi erməni “soyqırımının” beynəlxalq səviyyədə siyasi instrumentə çevrildiyini göstərir. Hesab edirik ki, bu hadisələr yalnız tarixi araşdırmaların predmetinə çevrilməlidir. Tarixi faktlar qeyd olunan dövrdə Anadoluda heç bir soyqırımı aktının baş vermədiyini təsdiq edir. Təsadüfi deyil ki, indiyədək heç bir beynəlxalq məhkəmə "ermənilərə qarşı soyqırım"ın tanınması barədə qərar qəbul etməyib.

Ermənilərin “soyqırım” iddiaları “Böyük Ermənistan”  yaratmaq xülyası ilə yaşayan avantürist erməni toplumunun qonşu dövlətlərə qarşı məkrli ərazi iddialarını gerçəkləşdirmək, həmçinin, XX əsrin əvvəllərində və sonunda Cənubi Qafqazda bəşəriyyətə və insanlığa qarşı törətdikləri  soyqırım və terror siyasətinə bəraət qazandırmaq cəhdidir.

Əgər ABŞ dünyadakı soyqırım faktlarının aşkarlanaraq nəticələrindən dərs çıxarılmasında maraqlı olsaydı ilk növbədə ermənilərin birinci dünya müharibəsi zamanı və ondan sonrakı dövrdə Şərqi Anadoluda və Cənubi Qafqazda törətdiyi soyqırım zamanı yüzminlərlə türk, müsəlman və yəhudinin milli və dini mənsubiyyətinə görə qətlə yetirilməsini pisləyərdi. Çünki XX əsrin əvvəllərində erməni silahlı dəstələrinin qətlə yetirdiyi türklərin sayı yüzminlərlədir. Eyni zamanda diqqətinizə çatdırmaq istəyirik ki, ermənilərin 1992-ci ildə Xocalıda dinc, mülki azərbaycanlılara qarşı  törətdiyi vəhşi cinayət beynəlxalq normalara uyğun olaraq soyqırım aktıdır. Biz Azərbaycan QHT-ləri olaraq Xocalı soyqırımının 30 ilinin tamam olduğu 2022-ci ilin 26  fevralında Cozef Baydendən ictimaiyyət qarşısında çıxış edərək ermənilərin azərbaycanlılara qarşı törətdiyi soyqırımı qətiyyətlə pisləməyə çağırırıq.

Azərbaycan QHT-ləri olaraq qardaş Türkiyəyə qarşı aparılan çirkin kampaniyanı və regionda sülhü və təhlükəsizliyi açıq təhdid edən xəstə erməniçilik ideyalarını gücləndirməyə xidmət edən ABŞ Prezidentinin qondarma “erməni soyqırımı” məsələsi ilə bağlı yanlış mövqeyini qətiyyətlə pisləyirik. Hər zaman regionda və dünyada uzunmüddətli sülhün, əminamanlığın və təhlükəsizliyin bərqərar olmasına töhfələr verən qardaş Türkiyə dövləti ilə birmənalı şəkildə həmrəy olduğumuzu bildiririk”.

Rauf Zeyni
Azərbaycan Milli QHT Forumu

Vüqar Əhmədov
Azərbaycan-Amerika Gəncləri İctimai Birliyi

Əliməmməd Nuriyev
Konstitusiya Araşdırmalar Fondu

Umud Mirzəyev
Beynəlxalq Avrasiya Mətbuat Fondu

Sahib Məmmədov
Vətəndaşların əmək hüquqlarını müdafiə liqası

Yeganə Hacıyeva
Gənc Demokratlar İnstitutu İctimai Birliyi

Solmaz Əliyeva
Avrasiya Beynəlxalq Əlaqələr və Araşdırmalar İctimai Birliyi

Rufiz Qonaqov
Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzi

Əlisəfa Mehdiyev
Dinc Dünya  Araşdırma Mərkəzi

Rəna Mirzəzadə
Gender və İnsan Hüququ Araşdırma Birliyi

Qadir İbrahimli
Güzəran Sosial araşdırmalar İctimai Birliyi

Elməddin Həsənov
İnkişafa Doğru Sosial Araşdırmalar İctimai Birliyi

Qafar Mehdiyev
Müstəqil Araşdırmaçı Jurnalistlər Liqası

Mübariz Laçınov
Sivilizasiya Monitorinq və Araşdırmalar Mərkəzi İctimai Birliyi

İlqar Hüseynli
Sosial-Strateji Tədqiqatlar və Analitik Araşdırmalar İctimai Birliyi

Azər Qurbanəliyev
Tolerantlıq Sosial Araşdırmalar İctimai Birliyi

Rəfail Ağayev
"Avropa Gənclər Parlamenti - Azərbaycan" ictimai birliyi

Nərgiz Balakişiyeva
Ziya Hüquqi və sosioloji araşdırmalar Cəmiyyəti

Seymur Verdizadə
Jurnalist Araşdırmaları Mərkəzi İctimai Birliyi

Araz Aslanlı
Qafqaz Beynəlxalq münasibətlər və Strateji Araşdırmalar Mərkəzi İctimai Birliyi

İradə Yaqubova 
ELS - Müstəqil Araşdırmalar Mərkəzi» İctimai Birliyi

Nüşabə Məmmədova
“Beynəlxalq Dialoq və İnkişaf Alyansı İctimai Birliyi”

Vasib Sadıqov
“Dirçəliş” İqtisadi Araşdırmalar Cəmiyyəti

İlham Məmmədzadə
“Fəlsəfə Araşdırmalar” Ictimai Birliyi

Hatəm Cabbarlı
Avrasiya Təhlükəsizlik və Strateji Araşdırmalar Mərkəzi

Ramil İsgəndərli
Hüquqi Təhlil və Araşdırmalar İctimai Birliyi

Fəxrəddin Həsən-zadə
“Gənclər üçün Təhsil Mərkəzi” İctimai Birliyi

Əhməd Əlili
İqtisadi və Sosial İnkişaf Mərkəzi İctimai Birliyi

Azər Əliyev
Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası
 
Şəlalə Həsənova
İctimaiyyətlə Əlaqələrin İnkişafina Kömək İctimai Birliyi
 
Səbuhi Abbasov
Azərbaycan-Slavyan Gəncləri Assosiasiyası İctimai Birliyi 
 
Fuad Abbasov
“Misra” informasiya mübadiləsi və təşəbbüsləri İctimai Birliyi

Ayaz Mirzəyev
“Azərbaycan Jurnalistlər Şəbəkəsi İctimai Birliyi”

Fuad Hüseynzadə
"Diaspor Fəaliyyətinə Jurnalistlərin Dəstəyi" ictimai birliyi

Ramiz Əliyev
"Sağlam Düşüncə" Gənclər Təşkilatı İctimai Birliyi

Pərviz Mirələmli
Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı

Şəhla Nağıyeva
"Sönməz Məşəl" Mədəni Əlaqələr İctimai Birliyi

Toğrul Allahverdili
Üçüncü Sektor İctimai Birliyi

Məryəmxanım Tağıyeva-Zeynalova
“Azərbaycan Gənclərinin Avropaya İnteqrasiyası Təşkilatı”

Qurban Kərimbəyli
“Gəncliyin Şöləsi” Gənclərin İnkişafı İctimai Birliyi

Günay Vəlizadə
Ermənistandan olan Azərbaycanlı qaçqınlar İctimai Birliyi

Fərid Şahbazlı
İslahatçı Gənclər İctimai Birliyi
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top