Yük avtomobili piyadanı vurub belini sındırdı

HADİSƏ 25 apr 2021, 09:02
Sabirabad rayonunda ağır xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un məlumatına görə, “QAZ-53” markalı yük avtomobili yolu keçən 1953-cü il təvəllüdlü, Nağıyev Şükür Nadirxan oğlunu vurub.

Ağır xəsarət alan yaralı təcili yardımın köməkliyi ilə əvvəlcə rayon mərkəzi xəstəxanasına çatdırılıb.

Daha sonra o, Bakıda yerləşən xəstəxanaların birinə gətirilib. Müayinə zamanı ona bel fəqərəsinin sınığı diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top