Nazirlik: Havada toz dumanı müşahidə olunur

HADİSƏ 20 apr 2021, 18:29
Bu gün Bakı və Abşeron yarımadasında havada tozun miqdarının normadan artıq olduğu müəyyən edilib.

Milli Hidrometeorologiya Xidmətindən Demokrat.az-a verilən məlumata görə, buna səbəb ölkə ərazisinə cənub-şərq istiqamətli hava kütlələri vasitəsilə daxil olan toz–dumanıdır.

Növbəti gün ərzində şimal-qərb istiqamətli küləklərin üstünlük təşkil etdiyini nəzərə alsaq, havada olan tozun səpələnməsi prosesinin baş verəcəyi və tozun miqdarının norma həddinə düşəcəyi gözlənilir.

Avtomat monitorinq stansiyalardan əldə olunan məlumata görə havada tozun miqdarı normadan 1.6 dəfə çoxdur.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top