Terrorçu erməni general Rusiya həkimləri tərəfindən peyvənd olundu — FOTO

QARABAĞ 19 aprel 2021, 23:01
Terrorçu Vitali Balasanyan başda olmaqla  Azərbaycan Respublikası ərazisindəki ermənilərin dövlətimizin icazəsi olmadan Rusiya peyvəndi ilə aşılanmasına görə məsuliyyəti ilk növbədə həmin əraziyə nəzarət edən Rusiya hərbi kontingentinin komandanlığı daşıyır. Qarabağdakı erməniləri Rusiyanın “Sputnik-V” peyvəndi ilə aşılamaq üçün hazırlıqlar davam edir.
 
Demokrat.az xəbər verir ki, bu haqda Ermənistanın News.am nəşri məlumat yayıb.
 
Məlumata görə, artıq separatçı-terrorçu xunta tör-töküntülərinin  qanunsuz “təhlükəsizlik şurası”nın katibi, Azərbaycan torpaqlarının işğalında və soydaşlarımızın qətliamında fəal iştirak etmiş Vitali Balasanyan  “COVID-19”-a qarşı Rusiya “Sputnik-V” peyvəndi ilə aşılanıb. Balasanyan Azərbaycan Respublikasının Xocalı şəhərində yerləşən Rusiya sülhməramlı qüvvələrinin səhra hospitalında peyvənd olunub.
 
Separatçı rejim qurumunun mətbuat xidmətinin verdiyi məlumata görə, hazırda prosesi təşkil etmək üçün Rusiya tərəfi ilə tələb olunan “Sputnik-V” peyvəndinin Qarabağa mümkün qədər tez gətirilməsi üçün hazırlıq işləri aparılır./Moderator.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top