BDU-nun müəllimi vəfat etdi — FOTO

SOSİAL 19 aprel 2021, 20:12
Bakı Dövlət Universitetinin (BDU) Kimya fakültəsinin Üzvi kimya kafedrasının dosenti Arif İdris oğlu İsmiyev vəfat edib.

BDU-dan Demokrat.az-a verilən məlumata görə, 56 yaşında dünyasını dəyişən Arif İsmiyev 1982-1989-cu illərdə BDU-nun Kimya fakültəsində təhsil alıb. 2006-cı ildən Bakı Dövlət Universitetində pedaqoji fəaliyyətə başlamışdı.

Allah rəhmət eləsin!


Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top