"İlham Rəhimovun “AzərRos”un buraxılması barədə təklifi səhv yanaşmadır" - Söyün Sadıqov

GÜNDƏM 16 dekabr 2018, 13:58
Rusiya prezidenti yanında Millətlər Şurasının üzvü, Rusiya Azərbaycanlıları Federal Milli-Mədəni Muxtariyyətinin (“AzərRos”) prezidenti, azərbaycanlı oliqarx Söyün Sadıqov tanınmış hüquqşünaş və professor, prezident Vladimir Putinin dostu İlham Rəhimovun “Yeni Müsavat” qəzetinə verdiyi son müsahibəsi zamanı "AzərRos"-un buraxılması barədə təklifinə münasibət bildirib.

Söyün Sadıqov Demokrat.Az-a açıqlamasında İlham Rəhimovla dost olduğunu deyib:

"Çox hörmətli İlham Rəhimovun “Yeni Müsavat” qəzetinə verdiyi müsahibəsini oxudum. Yeri gəlmişkən, bizim onunla ümumi dostlarımız var. Onlar İlham Rəhimovla bir universitetdə oxuyublar və bu gün də Rusiyada dövlət orqanlarında ciddi mövqe tutublar. Onlar mənə İlham Rəhimovun bacarığından danışanda, mən belə həmyerlimin olmağı ilə fəxr hissi keçirirəm. Ancaq hörmətli İlham Rəhimov “AzərRos”un buraxılmasını, yeni diaspor təşkilatının yaradılmasını təklif edir. Bu, indiki halda, məsələyə səhv yanaşmadır. Rusiya Federasiyasında “Milli-mədəni muxtariyyət haqqında” Qanun mövcuddur. Bu qanun Dövlət Duması tərəfindən 1996-cı ildə qəbul olunub və 1996-cı ilin iyulun 16-da qüvvəyə minib. Bu qanun Macarıstan, Kanada, Finlandiya, Avstriya təcrübəsi nəzərə alınmaqla yaradılıb, bu qanun onlarda 100-150 ildən artıqdır ki, mövcuddur. Keçmiş SSRİ tərkibində olan respublikaların Rusiyaya miqrant axınından sonra, milli azlıqlar bu qanun vasitəsilə öz ictimai birliklərini yaratdılar, doğma dillərini, ənənələrini mədəniyyətlərini öyrəndilər, həmçinin, mədəniyyətlərini tanıtdılar. Almanlar, belaruslar, ukraynalılar, yəhudilər, serblər, qazaxlar, ermənilər və eləcə də azərbaycanlılar Rusiya Federasiyasında yaşaya-yaşaya bu qanundan istifadə etdilər və daha sonra yerli, şəhər tipli, regional təşkilatlar qurmağa başladılar. Tverdə Sərdar Abdullayev, Vilayət Qayıbov, Yaroslavlda Siyavuş İbrahimov, Osman Hüseynov, Moskvada Ağadadaş Kərimov, Asya Sultanova Azərbaycanlıların yerli və regional milli-mədəni muxtariyyətini yaratdılar. 1998-ci ilin avqustunda Rusiya Azərbaycanlılarının Federal Milli Mədəni Muxtariyyəti quruldu və 1999-cu ilin 1 oktyabrında rəsmi qeydiyyat şəhadətnaməsi aldı. Əvvəlcə, Rusiya Azərbaycanlılarının Federal Milli Mədəni Muxtariyyətinə (“Azərros”) Rusiyanın hüquq elmləri doktoru və akademik Cahangir Kərimov rəhbərlik etdi. Ancaq o, yaşlı idi və onun Azərbaycan rəhbərliyi ilə münasibətləri gərgin idi, elə o zaman bizim alimlər, professorlar, həkimlər, mədəniyyət xadimləri, biznesmenlər və şəxsən Cahangir Kərimov, “AzərRos”un rəhbəri olmağıma razılıq verməyimi məndən xahiş etdilər. Mən bir şərtlə razılıq verdim ki, onların hamısı “AzərRos”un İdarə Heyətində qalsın. Bizim İdarə Heyətimizdə hər regiondan üç nəfər təşkil olunmuşdu. Burada, Rusiya Federasiyasındakı azərbaycanlılardan Kərim Kərimov, Cahangir Kərimov, Hüseyn Axundov, Rafiq Qurbanov, Çingiz Hüseynov, Abdul Hüseynov, Asya Sultanova, Araz Ağalarov, Vahid Ələkbərov, Vahid Şərifov, Yusuf Əmiraslanov, Almaz Xəlilov, Rafiq Mehdiyev, Sakit Allahverdiyev, Vaqif Mamışov, Məşkur Qasımov, Nadir Ağayev, Eldəniz Sadıqov, Rüstəm İbrahimbəyov, Tamila Şıxməmmədova, Cəmil Sadıqbəyov, Rauf Verdiyev, Tahir Salahov, Rəcəb Məmmədov, Vahid İsgəndərov, Rüstəm İbadov, Azər Səfərov, Vladimir Muradov, Roland Qurbanov, Rafiq Hüseynov, Azər Şamilov, Ayaz Məmmədov, Bəhruz Hümbətov, Mehriban Sadıqova, Mehparə Hümbətova, Qorxmaz Axundov, Validə Məmmədova, Valeriya Yermolayeva. Oleq Məmmədov, Yuri Qoryaçev, Nikolay Deqtev, Qalib Ağayev, Tahir Hacıyev, Şirvan Kərimov, Vidadi Abbasov kimi insanlar  və bir çoxları təmsil olunub. Onların ağlı və zəhməti sayəsində “AzərRos” Rusiyada ən güclü və yaradıcı ictimai təşkilat olub".

Söyün Sadıqov qeyd edib ki, "AzərRos" təşkilatı AŞPA, YUNESKO, BMT, AvroParlamenti, Avropa İttifaqı tərəfindən keçirilmiş beynəlxalq tədbirlərdə dəfələrlə iştirak edib.

Onun sözlərinə görə, “AzərRos”, “AzərRos” qəzetini və saytını, jurnalist qruplarını təsis edib, bizim jurnalistlər Rusiya Federasiyasının prezidentinin və hökumətinin bütün tədbirlərində, hətta bir neçə dəfə G20-nin zirvə sammitində, G7+1=8 sammitində, habelə Rusiya və Avropa Şurasının birgə sammitində iştirak etməyə müvəffəq olub.

O bildirib ki, "AzərRos" Rusiyada təkcə Azərbaycan və azərbaycanlılarla əlaqədar tədbirlər keçirməyib, eyni zamanda, Rusiya dövləti üçün tədbirlər təşkil edib:
 

"2001-ci ildə "Prezident" mehmanxanasında müasir Rusiyada ilk dəfə olaraq təşkilatımız radikal millətçiləri və milli azlıqları bir dəyirmi masada topladı. Belə dəyirmi masalardan sonra, Konstantin Krılov, Oleq Kuzneçov, Qriqori Trofimçuk, Aleksandr Sevastyanov, Vladimir Tor bizim “AzərRos”la əməkdaşlıq etməyə başladılar. Hətta Azərbaycan və azərbaycanlılara həsr olunmuş kitablar yazmağa başladılar. Diplomat Stanislav Çernyavski iki cildlik “Азербайджан: выбор курса” kitabının, yazıçı-tarixçi Aleksandr Sevastyanov “Русскому об Азербайджане и Азербайджанцах” kitabının, yazıçı-politoloq Qriqori Trofimçuk “AZЫ-Открывай -Азербайджан” kitabının, şairə, səyahətçi Oksana Bulanova “Азербайджан : Культура! Традиция ! Люди !” kitabının, hüquqşünas və tarixçi Oleq Kuzneçov “Правда О “Мифах” Карабахского Конфликта” kitabının müəllifləridirlər. Yeri gəlmişkən, həm Moskvada, həm də Rusiyada deyirlər ki, “Prezident” oteli “AzərRos”un mədəni mərkəzidir, çünki biz bütün ciddi tədbirlərimizi burada keçiririk. Hazırkı Rusiyanın əsas və parlaq siyasətçilərindən Dmitri Roqozin, Vladimir Jirinovski, Sergey Baburin, İqor Şuvalov, Aleksandr Juravski, Vladimir Zorin, Vyaçeslav Mixaylov, Dmitri Medvedyev, Qleb Pavlovski, Aleksey Aleksandrov, Vladimir Şamanov, Qennadi Züqanov həmin tədbirlərdə iştirak edirlər".

 
Zaur Hacılı
Demokrat.Az
 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
05 avqust 2025, 10:48
05 avqust 2025, 10:40
Top