Politoloq: "Yalnız Ermənistanla sülh bağlandıqdan sonra Azərbaycanın..."

QARABAĞ 19 apr 2021, 11:25
"Azərbaycan kiçik ölkədir və həll edilməmiş ərazi problemi var. Yalnız Ermənistanla sülh bağlandıqdan sonra Avrasiya İqtisadi Birliyinə qoşulmaq barədə fikirləşmək olar".

Bunu Pravda.az-a açıqlamasında Azərbaycanın Avrasiya İqtisadi Birliyinə üzv olub-olmayacağı ilə bağlı fikirlərə münasibət bildirərkən politoloq Qabil Hüseynli deyib.

Politoloq hesab edir ki, hələki Azərbaycanın sözügedən birliyinə üzv olmaq imkanı yoxdur: "Laçın dəhlizi və Laçın buraxılış məntəqəsi Azərbaycanın sərhəd qüvvələrinin nəzarəti altında olanda, eyni zamanda Xankəndidə yaşayan ermənilər Azərbaycan vətəndaşlığını qəbul etdikdən sonra bu məsələ barədə düşünmək olar. Ümumiyətlə Belarus Prezidenti Aleksandr Lukaşenkonun Bakıya hansı səbəbdən gəldiyini dəqiq deyə bilməsək də, onun bele işlərdə usta olduğunu bilirik. Qeyd edim ki, Lukaşenko ilə cənab İlham Əliyev arasında dostluq telləri var. Bildiyimiz kimi, o, Rusiyanın başçılıq etdiyi bloka ayrı-ayrı postsovet ölkələrini cəlb edir. Amma inanmıram ki, bu niyyətlə Azərbaycana edilmiş səfər uğurlu alınsın".

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top