Hüseyn Abdullayevin vəziyyəti ağırlaşdı

GÜNDƏM 17 apr 2021, 11:06
Xəbər verdiyimiz kimi, bir neçə gündür vergidən yayınmaqda və qanunsuz sahibkarlıqda ittiham edilərək həbs edilən sabiq deputat, “Quska” ləqəbli Hüseyn Abdullayev saxlanıldığı müəssisədə aclıq aksiyası keçirir. 

Demokrat.az xəbər verir ki, H. Abdullayevin vəkili Elçin Sadıqov dünən müvəkkili ilə görüşdüyünü bildirib. 

O qeyd edib ki, H. Abdullayev ona hələ çəkisinin və təzyiqinin yoxlanılmadığını bildirib: “Kəskin baş ağrılarından, ürəkbulanmadan, qarın nahiyəsi və aşağı hissədə kəskin sancılardan əziyyət çəkir. Dodaq və ətrafında yaralar əmələ gəlib. Heç olmasa, su içməyini israrla xahiş etdim. Bu gün məlumat aldım ki, Hüseyn Abdullayevin bağırsağından qan açılıb”. (qafqazinfo.az)

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top