Kiyevdə sərt karantin rejimi uzadıldı

DÜNYA 14 apr 2021, 18:54
Ukraynanın paytaxtı Kiyevdə pandemiya ilə bağlı vəziyyətin pisləşməsi səbəbindən sərt karantin iki həftə uzadılıb.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə şəhər meri Vitali Kliçko onlayn brifinq zamanı bildirib.

Ötən gün ərzində Ukrayna paytaxtında 1 457 yeni yoluxma faktı aşkar edilib, 47 nəfər yoluxma nəticəsində ölüb. Kiyev Ukraynanın bütün bölgələri arasında xəstə sayına görə liderdir.

V.Kliçko bildirib ki, şəhərin ixtisaslaşmış tibb müəssisələrində çarpayıların demək olar ki, 71 faizi koronavirus xəstələri tərəfindən tutulub. Xəstələrin əksəriyyəti ağır vəziyyətdədir.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top