Son sutkada koronavirusa yoluxanların sayı açıqlandı


SOSİAL 14 apr 2021, 16:36
Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 2293 yeni yoluxma faktı qeydə alınıb, 2071 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Demokrat.az-a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 31 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 291 894 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 255 833 nəfər müalicə olunaraq sağalıb, 4009 nəfər vəfat edib. 32 052 nəfər aktiv xəstə sayını təşkil edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 14086, bu günə qədər isə ümumilikdə 3 054 472 test icra olunub.



Demokrat.az


DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top