“Rusiya “İsgəndər M”-lə bağlı aydın və məntiqli izahat verməlidir, yoxsa...”

GÜNDƏM 14 apr 2021, 00:18
Ermənistanın Vətən müharibəsində Azərbaycana qarşı “İsgəndər M” raketlərindən istifadə etməsi son günlərin ən çox müzakirə olunan məsələlərindən biridir.

Maraqlıdır, Kreml Ermənistanda bu raketlərin necə, hansı əsasla peyda olmasına məntiqli izahat verməzsə, bu, Rusiya üçün beynəlxalq miqyasda ciddi “başağrısna” çevrilə bilərmi?

Moderator.az-a açıqlama verən keçmiş diplomat, politoloq Fikrət Sadıqov Rusiyanın bu məsələyə aydınlıq gətirməsinin vacib olduğunu bildirib:

“Təbii ki, biz istərdik ki, Ermənistana “İsgəndər M” raketi verən dövlətin “başı ağrısın”, bu hadisələr həmin dövlət üçün “başağrısız” keçməsin. Amma Rusiya üçün bu hadisə “başağrısına” çevriləcək ya yox, bu barədə qəti bir şey deyə bilmərəm. Amma Rusiya tərəfi bununla bağlı aydın, məntiqli açıqlama verməsə, bu, iki dövlət arasındakı münasibətlərə xələl gətirə bilər.

Bildiyim qədəri ilə, Rusiya hərbçiləri bu məsələni araşdırır. Ortaya dəqiq və aydın bir mövqe qoyulmalıdır. Bilinməlidir ki, bu raketlər Ermənistana lap əvvəldən verilib, yoxsa 44 günlük müharibədə istifadə etmək, Qarabağı vurmaq üçün verilib. Ancaq bütün hallarda Rusiyanın hərbi-siyasi rəhbərliyi bu məsələyə görə cavab verməlidir. Bu, birmənalıdır”.
 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top