Qubadlıda çaylara farel balıqları buraxıldı


QARABAĞ 13 apr 2021, 15:00
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı ilə işğaldan azad edilmiş Qubadlı rayonuna mediatur təşkil olunub.

Demokrat.az xəbər verir ki, səfər zamanı Bərgüşad və Həkəri çaylarının birləşdiyi ərazidə körpə xallı farel balıqları çaya buraxılıb.

Ekokəlogiya və təbii sərvətlər nazirinin müavini Firdovsi Əliyev jurnalistlərə açıqlamasında bildirib ki, çəkisi 30-50 qram olan 1 000 ədəd balıq körpəsi çay hövzəsinə buraxılıb: "Qızıl xallı farel yerli şirin su hövzələrinə uyğun olduğu üçün məhz bu balıqların buraxılışı nəzərdə tutulub. Qeyd edim ki, qızıl xallı farel həm də Azərbaycan Respublikasının “Qırmızı kitab”ına düşmüş növdür. Bu proses bu ərazilərdə həmin növün təbii bərpasına, populyasiyasının çoxalmasına müsbət təsir göstərəcək".

Bundan əlavə bildirim ki, həm Həkəri, həm də Bərgüşad çaylarında sululuq dərəcəsinin yüksək olması balıqların bu çaylarda geniş yayılmasına müsbət təsir göstərən amillərdəndir”.

Demokrat.az
 


DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top