Bakıda satışa çıxarılan ən bahalı mənzillər… — FOTOLAR

BİZNES 13 apr 2021, 11:42
Azərbaycanda mənzil alanların və satanların ən çox müraciət etdikləri ünvan bu sahədə ixtisaslaşmış veb-saytlardır.

Yeniavaz.com ölkənin aparıcı veb-saytlarına istinadən hazırda satışda olan ən bahalı mənzillərin bəzilərini təqdim edir.

Qeyd edək ki, hazırda satışda olan ən bahalı mənzil Bakı şəhərinin Nəsimi rayonu ərazisindədir. Ümumi sahəsi 1000 kv. metr olan 8 otaqlı təmirsiz mənzilin satış qiyməti 6 milyon 500 min manatdır. Bu mənzil "Port Baku Residence" yaşayış kompleksində yerləşir.

Bundan başqa Bakının Səbail rayonunda, Sahil metrosunun yaxınlığında yerləşən və ümumi sahəsi 600 kv. metr olan 20 otaqlı mənzil 6 milyon 300 min manata satılır.

Qeyd edək ki, hər iki elanda mənzillərin mülkiyyətçisi kimi Hacı adlı şəxs göstərilib.

Onu da bildirək ki, satışda qiyməti 1-4 milyon manat arasında olan çoxsaylı mənzillər də var. Məslən, Nərimanov rayonu ərazisində ümumi sahəsi 285 kv. metr olan 4 otaqlı mənzil 1 milyon 999 min manata satılır. Bundan başqa Səbail rayonunda sahəsi 460 kv. metr olan 5 otaqlı mənzil 2 milyon 350 min manata, sahəsi 228 kv. metr olan 6 otaqlı mənzil 2 milyon manata, sahəsi 900 kv. metr olan 10 otaqlı mənzil 1,7 milyon manata, Nəsimi rayonunda sahəsi 265 kv. metr olan 5 otaqlı mənzil 1 milyon 680 min manata satılır.





Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top